Lavrov G20 xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

“Rusiya xarici işlər naziri Sergey Lavrov martın 1-2-də Yeni Dehlidə keçiriləcək G20 xarici işlər nazirlərinin toplantısında iştirak edəcək”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Bu il G20-yə Hindistan sədrlik edir. Hindistanın Rusiyadakı keçmiş səfiri Bala Venkateşa Varma deyib ki, Baş nazir Narendra Modi Rusiya prezidentinin G20 liderlərinin sammitində iştirakını gözləyir.

Görüş sentyabrın 9 və 10-da Yeni Dehlidə keçiriləcək. Tədbirin təşkilatçıları ölkə üzrə 55 müxtəlif məkanda 200-dən çox görüş keçirməyi planlaşdırırlar.

Azpost.info

Əvvəlki məqalə

“Şahdağ” Milli Parkında yanğın başlayıb –

Sonrakı məqalə

Tibbi Sığorta Agentliyi bu şirkətlə 250 minlik tender müqaviləsi bağlayıb