Lavrov və Cavad Zərif İdlibi müzakirə ediblər

04 Mart 2020 - 16:25

Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı XİN başçıları Suriyanın İdlib vilayətində baş verənləri və Astana prosesini müzakirə ediblər.