Bu il uşaqlara Satia, Meysən, Meynə, Aureleya adları qoyulmasının qarşısı alınıb

Bu il Azərbaycanda valideynlər tərəfindən uşaqlara qoyulması tövsiyə edilməyən adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyat orqanlarına müraciətlər edilərkən, məsələn, Satia, Meysən, Vulkan, Leysan, Tayfun, Meynə, Aureleya və digər bu kimi adların qoyulması tövsiyə edilməyib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat şöbələrinə yeni doğulan uşaqlara ad qoyulması ilə bağlı müraciət edən vətəndaşlara adətən milli adlara üstünlük verilməsi tövsiyə olunur:

“Valideynlərə övladlarına gülüş doğuran, çətin tələffüz olunan, uşağın mənafeyinə xələl gətirə biləcək və yaxud cinsinə uyğun gəlməyən ad seçməmələri məsləhət görülür”.

Eyni zamanda, yeni doğulan uşaqlara ad qoyulmasında valideynlərə kömək göstərilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən “Adın mənası” elektron xidməti (http://exidmet.justice.gov.az:8284/VVA/Names) vasitəsilə Azərbaycan adları, onların mənası və izahı, əhali arasında yayılma səviyyəsi və s. barədə informasiya almaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqının rəsmisi koronavirusa yoluxub

Sonrakı məqalə

Lavrov və Cavad Zərif İdlibi müzakirə ediblər