Lavrov və Çavuşoğlu Qarabağı müzakirə etdi

11 May 2021 - 10:20

Rusiya Xarici İşlər naziri (XİN) Sergey Lavrovla Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-i məlumat yayıb.

Onlar Qarabağla bağlı vəziyyəti müzakirə ediblər.

Danışıqda Qarabağ ətrafında vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.