Lavrov Xələf Xələfovu mükafatlandırdı –60 yaşlı diplomata Rusiya XİN-nin nişanı təqdim edildi (FOTO)    

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb. 

Bu barədə “Report”a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mükafatı təqdim etmək məqsədilə Xarici İşlər Nazirliyinə gəlib və Rusiya xarici işlər naziri Sergey Lavrovun məktubunu oxuyub.

Diplomat Xələf Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir