Lavrovun müavini Azərbaycanın və Ermənistanın səfirləri ilə Laçın dəhlizini müzakirə edib

Aprelin 27-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu və Ermənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri V.Arutyunyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

APA-nın Moskva müxbiri Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Laçın dəhlizində və ümumilikdə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.