“Lazım olsa Belarusa Rusiya qoşunları yeridiləcək…” –

LUKAŞENKO
31 İyul 2021 - 08:59

“Əgər təhlükəsizlik üçün zəruri olarsa Belarusa Rusiya qoşunları yeridiləcək”.

Azpost.info bildirir ki, bu sözləri Belarusun prezidenti Aleksandr Lukaşenko deyib: “Hazırda buna zərurət yoxdur. Bizim kifayət qədər güclü, qabiliyyətli, yığcam silahlı qüvvələrimiz var. Mülki müdafiə qoşunlarını nəzərə almasaq belə, biz qısa müddət altında 500 min nəfəri silahlandırmağa qadirik. Bu artıq böyüjk qüvvədir. Əgər bu da az olsa, bura Rusiya Federasiyasının qoşunları yeridiləcək. Belə bir şey heç vaxt olmayacaq. Amma əgər lazım gəlsə, bu barədə düşünəcəyik”.

Lukaşenkonın fikrincə Qərblə Şərq arasında yerləşən Belarus hazırda “sivilizasiyalar qarşıdurmasının episentrinə” düşüb. O bəyan edib ki, Belarusun sərhədləri boyunca NATO-nun hərbi hücum infrastrukturu cəmləşdirilir.

Lukaşenko iddia edib ki, Belarusun yaxınlığında yeni birləşmə – 18-ci motoatıcı diviziya yaradılır və bu birləşməni Amerikanın “Abrahams” tankları ilə silahlandıracaqlar: “Gördüyünüz kimi heç nə dəyişmir. Onlar Böyük Vətən Müharibəsinin başlanmasından heç bir dərs almayıblar. Onlar Brest qalasının nə demək olduğunu deyəsən unudublar”.