LDU-nun müəllimi vəfat edib

25 İyun 2021 - 14:55

Lənkəran Dövlət Universitetinin müəllimi vəfat edib.

Qeyd olunub ki, universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, filologiya elmləri namizədi, dosent Mirhüseyn Abbas vəfat edib.

Qeyd edək ki, Mirhüseyn Sürət oğlu Abbas 1949-cu ildə Lənkəran rayonunun Siyavar kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1996-cı ildən Lənkəran Dövlət Universitetində çalışır. 2000-ci ildə “İslam Səfərlinin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Həmçinin “dosent” elmi adına layiq görülüb. Humanitar və pedaqoji elmlər fakültəsinin və “İxtisasartırma və kadrların yenidən hazırlanması” fakültəsinin dekanı vəzifəsində çalışıb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.