Leninin, Stalinin canlı səsi –

SSRİ-nin bütün rəhbərlərinin çıxışlarından fraqmentlər (VİDEO)
31 Avqust 2021 - 22:14

Bu səs yazılarında SSRİ-nin bütün rəhbərlərinin çıxışlarından fraqmentlər təqdim edilib. 

Sovet rəhbərlərinin ənənəvi ideoloji çərçivəyə salınan ritorik çıxışları 70 il müddətində sovet vətəndaşlarının taleyini və ölkənin siyasi perspektivini həll edən əsas amil olub.

Dünyanın altıda birinə sahib olmuş SSRİ-nin rəhbərlərinin səs templəri necə olub? “Səsin sehiri” ilə kütləvi hipnoz alınıbmı?

Azpost.info bildirir ki, təqdim olunan materialda yalnız Stalinin ölümündən sonra SSRİ-yə qısa müddət ərzində rəhbərlik etmiş Georgi Malenkovun və 1983-84-cü illərdə ölkəyə rəhbərlik etmiş Konstantin Çernenkonun səs yazıları istisna edilib.

Bolşevik inqilabının rəhbəri Vladimir Leninin sinxron video kadrları saxlanmadığı üçün onun “sovet hakimiyyəti nə deməkdir?” aiduo yazısından fraqment təqdim edilib.

Azpost.info