Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lerikdə sürüşmə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı məlumat yayıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, Lerikdə sürüşmə olan evdə xəsarət alan 3 nəfər xəstəxanaya aparılıb.
Bildirilib ki, ambulator yardım göstərildikdən sonra onlar xəstəxanadan buraxılıblar.