Lerikdə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat –DİN

Daxili İşlər Nazirliyi (DİN) Lerikdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 2-də saat 8 radələrində Lerik rayonunun Bürsülüm kəndi ərazisində Ləkər kənd sakini Habil Əzimov idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü, sərnişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polis Qubada “Son zəng” şənliyi təşkil edən müəllim və valideynləri saxladı –

Sonrakı məqalə

Beş ayda tutulan narkotacirlərin və narkomanların sayı açıqlandı –