Beş ayda tutulan narkotacirlərin və narkomanların sayı açıqlandı –Siyahıda 37 qadın və yeniyetmələr də var (RƏSMİ)

Bu ilin 5 ayı ərzində  narkotik  vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1435 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaş 122 nəfər, 26-29 yaş 250 nəfər, 30 yaşdan yuxarı isə 1059 nəfər təşkil edir.  Məsuliyyətə cəlb olunanlardan 54 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 2-si kənd təsərrüfatı işçisi, 395-i əvəllər cinayət törətmişlər, 7-si əvvəllər xüsusi qeydiyyatda olan, 961-i işləməyən, 1398-i kişilər, 37-si qadın, 42 nəfəri xarici ölkə vətəndaşı olmuşdur. Əcnəbilərdən 25-i  İran İslam Respublikası, 10-u Rusiya Federasiyası, 6-sı Gürcüstan və 1-i isə Pakistanın vətəndaşıdır.

Ümumulikdə hüquq  mühafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının 115-i qaçaqmalçılıq yolu ilə törədilmiş və qeyd olunan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 636 kq  müxtəlif növ narkotik vasitələr çıxarılıb.

Bundan əlavə aşkar edilmiş cinayət faktlarının 178-i qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 429,7 kq narkotik vasitə və 43 kq psixotrop maddə müsadirə edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lerikdə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat –

Sonrakı məqalə

Azərbaycan Ordusunun bölmələri karantin rejiminə riayət olunmasına nəzarət edəcək