Lerikdə sürüşmə zonasında monitorinq aparılır

Lerik rayonunun Çayrud kəndində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar monitorinqlər aparılır.

APA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Əmiraslanov bildirib.

Nazirliyin əməkdaşlarının sürüşmə sahəsində apardığı monitorinqin nəticəsində məlum olub ki, prosesin baş verməsinə səbəb əsasən atmosfer yağıntılarıdır: “O cümlədən qar örtüyünün tədricən əriməsi də sürüşməyə səbəb olub. Hazırda sürüşmə aktiv fazadadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vətəndaşlarımız ölərkən Tramp sanksiyaları daha da sərtləşdirir”

Sonrakı məqalə