Lerik rayonunun 4 kəndində ərazi icra nümayəndəsi yoxdur. Bu barədə AzPost rayon İcra Hakimiyyətinin saytına istinadla məlumat verir. Belə ki, rayonun Dəstər, Kələxan, Kirəvud, Şingədulan kəndlərində ərazi icra nümayəndələrinin adının qarşısı boşdur.
Qeyd edək ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. Hazırda rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini postu da boşdur.
Xatırladaq ki, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev 2022-ci ildə vəzifəsindən azad edilib və bu günə kimi onun yerinə təyinat olmayıb.