“Lester” tarixində ilk dəfə İngiltərə kubokunu qazanıb

15 May 2021 - 22:20

İngiltərə kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, final matçında “Çelsi” ilə “Lester” üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda baş tutan qarşılaşmanın taleyini 1 qol həll edib. Çempionlar Liqasının finalına vəsiqə qazanan “Çelsi” ölkə kubokunun final görüşündə meydanı məğlub tərk edib. Yuri Tilemansın 63-cü dəqiqədə vurduğu yeganə top Brendan Rojersin yetirmələrinə zəfər qazandırıb – 1:0.

Bununla 4-cü dəfə turnirin finalında oynayan “Lester” tarixində ilk dəfə kuboku muzeyinə aparıb