Lex Valensa Navalnının Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Polşanın sabiq prezidenti Lex Valensa Rusiyalı müxalifət fəalı Aleksey Navalnının Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

Azpost.info bildirir ki, bu barədə “Gazeta Wyborcza” məlumat yayıb. Nobel Komitəsinə müraciətində Valensa qeyd edib ki, Navalnı Rusiyada korrupsiyanın ifşasında və siyasi baxışların azad ifadə olunması sahəsində ciddi səylər göstərib.

Lex Valensa Polşada demokratik hərəkatdakı roluna görə, 1983-cü ildə Nobel sülh mükafatını alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müharibədə guya itkin düşmüş iki oğulla bağlı xəbəri yayan qadına xəbərdarlıq edilib – –

Sonrakı məqalə

Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub