Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Leykemiya xəstəsi olan ailələrə hüquqi dəstək və sosial yardım layihəsi davam edir –

User 12 Sentyabr 2024 - 13:13 (Last updated: 21 May 2025 - 20:15)
ley01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Leykemiya xəstəsi olan ailələrlə iş” adlı layihə maliyyələşdirilib. Layihə 01 avqust 2024-cü il tarixindən 31 oktyabr  2024-cü ilə qədər davam edəcək.

Bu barədə “Leykemiya ilə mübarizə” İctimai Birliyinin rəhbəri Mehriban Bağırova məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası ərazisində təqribən 3000 yaxın müxtəlif yaş kateqoriyalı leykemiyalı xəstə vətəndaşlarımız var: “Leykemiya xəstəliyinin yayılma tezliyi ölkədə  müxtəlif regionlarda olmasına baxmayaraq, lakin yeganə müalicə ocağı Bakı şəhərində olduğu üçün xəstəsi olan ailələr öz doğma yurdlarından köçüb, Bakı və Sumqayıt şəhərlərində yaşamaq məcburiyyətindədirlər. Belə olan halda onların yaşayış şəraitləri yaxşı olmadığı guman edilir, ailədə digər ailə üzvlərinin mütəmadi təhsil almaq, yaxşı işlə təmin olunmaq ehtimalı azalır. Bu vətəndaşlar xəstəliyin müalicəsinə daha cox vaxtlarını ayırdıqlarına görə ölkədə gedən siyasi-ictimai proseslərdən xəbərləri olmur və buda onların həyat səviyəsinin yaxşılaşmasına imkan vermir. Bir cox xəstələr öz hüquqlarından xəbərdar olmadıqlarına görə dövlətin onlara ayırdığı sosial imtiyazlardan istifadə edə bilmirlər. Dövlətin humanitar siyasətindən məlumatları yoxdur. Bütün deyilənləri nəzərə alıb, leykemiya xəstəsi olan ailələrin sosial vəziyyətinin öyrənilməsi və monitorinqi zəruri olduğu üçün onlara hüquqi yardım göstərilməsi vacibdir. Hüquqlarını biləndən sonra xəstə uşaqlarına daha cox kömək edə bilərlər. Həm təhsildə həmdə sosial müdafiəsində hüquqlarından istifadə edərək leykemiyanın müalicəsində uğur qazana bilərlər. Leykemiyadan sağalan uşaqların şansları 85-90 %”.

QHT sədri bildirib ki, tibb elminin inkişafı Azərbaycana təsir etdiyinə görə qan xərçəngindən əziyyət cəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur: “Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının kecirilməsi zəruridir. Bakı və Sumqayıt şəhərlərində leykemiyalı xəstəsi olan ailələr ilə görüşlər keçirilib, sorğu anketləri əsasında ailələrin sosial problemləri araşdırılıb və hüquqi yardımım göstərlməsi üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzində  03 sentyabr 2024-cü il tarixində təlim keçirildi. Təlimdə  hüquqşünas  Vusal Mehrəliyev İcbari Tibbi Sığorta, Təhsil və Dövlət Sosial Müdafiə fondu tərəfindən onkoloji-hematoloji xəstələrə verilən imtiyazlar və qanunlar haqqında məlumat verildi və iştirakçıların sualları cavablandırıldı. Bir çox valideynlər dövlətin ayırdıqı imtiyazlarla bağlı problemlərini bildirərək onların həll edilməsində hüquqşunasdan dəstək aldılar. Müalicə prossesində üzləşdiyi çətinliklər barəsində bizim adımıza ərizələr yazıldı. Ərizələrdə yazılan çətinliklər haqqında  Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Baş həkimi Zöhrə xanıma  şifayı görüşdə məlumat verildi. Təlimdə 20  nəfər leykemiya xəstəsi olan ailələrin üzvləri və İctimai Birliyin 8 könüllüsü iştirak edib”.

Qeyd edək ki, təlimlərə Səhiyyə Nazirliyinin dəstəyi ilə  Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşları cəlb edildi. Əldə edilən nəticələr haqqında cəmiyyətə KİV-in dəstəyi ilə çatdırıldı.

 

Post navigation

Previous: Bu il birinci sinfə gedənlərin sayı
Next: Əhaliyə küləkli hava şəraiti ilə bağlı sarı

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.