Leysan olacaq, dolu düşəcək

- XƏBƏRDARLIQ
13 İyul 2020 - 15:34

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havanın pisləşəcəyi barədə xəbərdarlıq edib. 

APA-nın xəbərinə görə, iyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu  düşəcəyi gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.