“Lider TV” müflis elan olunmasına etiraz etdi –Qərardan şikayət verdi

“Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

“Report”un əldə etdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.

“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV” (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidova 2 müavin təyin olundu

Sonrakı məqalə

“Pandemiya bu şəkildə davam etsə, neftə tələb artmayacaq” –