DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidova 2 müavin təyin olundu

Daxili işlər orqanlarında daha iki kadr təyinatı olub.

“Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavinləri təyin ediliblər.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atam məni döydü, ayağımı burdu” –

Sonrakı məqalə

“Lider TV” müflis elan olunmasına etiraz etdi –