Azərbaycanın Lider TV kanalının yayımı gözlənilmədən kəsilib. Telekanalın efiri “Gecənin sehri” verilişi yayımlanarkən dayandırılıb.
Hazırda yayımın dayandırılmasının səbəbləri barədə məlumat verilmir. Qeyd edək ki, əvvəllər media kanalda ciddi maliyyə problemlərinin olduğu barədə dəfələrlə yazıb.
Televiziya şirkətinin əməkdaşları virtualaz.org-a bildiriblər ki, bir neçə saat əvvəl Lider TV rəhbərliyinin nümayəndələri kollektivin yaradıcı hissəsinə sabah televiziya kanalının fəaliyyətinin dayandırılacağı barədə xəbərdarlıq ediblər.
Onu da xatırladaq ki, Lider TV kanalı 2000-ci ildə yaradılıb. Rəhbəri Ədalət Əliyevdir.