“Lider TV”nin əmlakını satmaq üçün bu şəxs təyin olundu

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib.

“Report” xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.

Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti “Teleqüllə”yə borclu olub. Odur ki, onun əmlakını da “Teleqüllə”nin rəhbəri satacaq.

Kreditorlar suallarla bağlı əmlak inzibatçısına və yaxud “Lider TV və Radio-Azərbaycan”ın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayet Mehdiyev küçəsi, ev 83/23 ünvanına müraciət edə bilərlər. Telefon: (12) 497-61-58; 497-88-99.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir