Lisey və gimnaziyalardakı vakant şagird yerlərinin sayı açıqlanıb

“Bu il mərkəzləşmiş qaydada qəbul aparılacaq 32 lisey və gimnaziyada 3990 vakant şagird yeri var”.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəetmə sektorunun müdiri Fuad Qarayev “Təhsil masası”nda deyib.

O bildirib ki, bu vaxta qədər təxminən 18 min şagird qeydiyyatdan keçib:

“İyunun 6-na qədər qeydiyyatdan keçənlərin sayının 25 mindən çox olma ehtimalı daha böyükdür”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.