Litva Belarusla sərhəddə tikanlı hasar tikir

10 İyul 2021 - 08:19

Litva Belarusla sərhəddə kəsici-tikanlı hasarın tikintisinə başlayıb.

Bundan əvvəl Vilnüs Belarusdan qanunsuz miqrant axınının artması ilə bağlı narahatlıq ifadə etmişdi. Litva hökuməti bildirir ki, Lukaşenka rejimi onun üzərinə qoyulmuş sanksiyaların “qisasını almaq” məqsədilə öz ərazisindəki miqrantları bilərəkdən Litva sərhədinə yönləndirir.

Litva Dövlət Sərhədi Xidmətinin sözçüsü Gedrus Mişutis iyulun 9-da deyib ki, ölkənin silahlı qüvvələri Belarusla sərhəddə tikanlı hasarın çəkilməsinə başlayıb. Bu sərhəd bəzi yerlərdə sıx meşəlik ərazilərdən keçir. Mişutis də son həftələrdə Belarusdan gələn qanunsuz miqrantların sayının kəskin artdığını deyib.

O deyib ki, sərhədin 30 kilometrlik məsafəsində kəsici spiralları olan tor hasar çəkiləcək.

Vilnüs Minski yüzlərlə miqrantı Litva ərazisinə yönəltməsinə görə ittiham edir.

Litva hökuməti bildirir ki, Lukaşenko iqtidarı bu üsulla onun ölkəsi üzərinə Ryanair təyyarəsinin məcburən Minskə endirilməsinə və sərnişinlərin arasında olan müxalifətçi jurnalist Raman Prataseviç və onun sevgilisi Sofya Sapeqanın həbs edilməsinə görə qoyulmuş sərt sanksiyayaların qisasını Avropa İttifaqının üzvü olan Litvadan alır.