Şəhriyar Məmmədyarov blits turnirində mübarizə aparacaq –“Grand Chess Tour”

Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin – Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turniri start götürəcək.

İki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparacaq.

Belə ki, şahmatçımız startda fransalı Maksim Vaşye-Laqrav ilə görüşəcək. Sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov, ukraynalı Anton Korobov, daha bir keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək təmsilçimiz günün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticəyə görə, Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının – “Superbet Chess Classic Romania”nın qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Litva Belarusla sərhəddə tikanlı hasar tikir

Sonrakı məqalə

Azərbaycan nefti yenidən bahalaşıb