Litva Belarusla sərhəddə 502 kilometrlik hasar çəkdi- 152 milyon avro xərclədi

Litva Belarusla sərhəddə hasarın tikintisini başa çatdırıb.

Azpost.info xəbər verir ki, bu barədə Litvada podratçı kimi seçilmiş EPSO-G şirkətinin nümayəndəsi Antanas Bubnelis bildirib.

Ötən həftənin sonunda uzunluğu 502 km olan və 4 metr hündürlüyündə metal çubuqlu tordan düzəldilən hasarın son işləri tamamlanıb. Hasarın önünə 3 metr hündürlüyündə əlavə tikanlı məftil çəkilib.

Litva-Belarus sərhədinin uzunluğu 680 km-dir. Yaxın vaxtlarda onun su anbarı olmayan yerlərində videonəzarət sistemləri ilə təchiz edilməsi nəzərdə tutulur.

Litva hasarın çəkilməsin 152 milyon avro xərcləyib. Vilnüs bunun üçün Avropa İttifaqından (Aİ) maliyyə almağa ümid edirdi. Lakin Brüssel bildirdi verdi ki, hasarların tikintisini maliyyələşdirmir. Lakin Aİ videomonitorinq sistemi üçün vəsait ayırmağa razılıq verib.

Azpost.info

Əvvəlki məqalə

Polis Ramanada əməliyyat keçirdi

Sonrakı məqalə

“Azərbaycandan 1 milyon turist qeydə alınıb…70 faizi ziyarət üçün müraciət edir” –