infrastruktura qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatları ilə hücumu qəti şəkildə pislədiklərini bildirib.
Diplomat bu barədə “X” hesabında yazıb.
Nazir qeyd edib ki, hücum nəticəsində mülki əhali təhlükə ilə üz-üzə qalıb.
“Rusiya kimi, İran rejimi də dayanmır. Lakin Rusiya kimi, İran da beynəlxalq hüququ açıq şəkildə pozur. Bu cür aqressiya vəziyyətin eskalasiyasına səbəb ola bilər və dərhal dayandırılmalıdır”, – deyə Budris bildirib.
Litva XİN rəhbəri ölkəsinin Azərbaycanla həmrəy olduğunu da vurğulayıb.