Litva Rusiyanı bütün beynəlxalq idman yarışlarından məhrum etməyə çağırdı- QƏTNAMƏ

Litva Seymi bütün ölkələrin parlamentlərini Rusiya və Belarus vətəndaşlarının Olimpiya Oyunlarında və digər beynəlxalq idman yarışlarında iştirakına mane olmağa çağıran qətnamə qəbul edib.

Azpost.info xəbər verir ki, sənəd müəlliflərinin fikrincə, Rusiya və Belarus hakimiyyəti idmançıların qələbələrindən təbliğat və siyasi rejimləri legitimləşdirmək üçün istifadə edir: “İdmançılarının beynəlxalq yarışlarda iştirakından və qələbələrindən öz rejimlərini qanuniləşdirmək üçün təbliğat məqsədilə istifadə edirlər”.

Qətnamə müəllifləri hesab edirlər ki, Rusiya və Belarus idmançılarının hətta neytral bayraqlar altında yarışmasına da icazə verilməməlidir. Çünki bu halda hakimiyyət beynəlxalq vəziyyətin normallaşdığını bəyan etməyə başlayacaq.

Azpost.info

Əvvəlki məqalə

Hacı Şahinin yerinə təyinat olub?

Sonrakı məqalə

Bakıda silahlı atışmaya görə 3 nəfər saxlanılıb –