Bakıda silahlı atışmaya görə 3 nəfər saxlanılıb –DİN-dən AÇIQLAMA

Bu gün Bakıda baş verən silahlı insidentlə bağlı cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır.

“Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcəkdir”, məlumatda deyilir.

Qeyd edək ki, bu gün Bakıda, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2 nəfər – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Əvvəlki məqalə

Litva Rusiyanı bütün beynəlxalq idman yarışlarından məhrum etməyə çağırdı

Sonrakı məqalə

Makron əks-hücum keçə bilməsi üçün Kiyevə kömək edəcək