Boğazında qarğıdalı dənəsi qalan 28 yaşlı Şəki sakini ölüb

Şəkidə 28 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün rayonun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V. Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V.Mustafayevə göstərilən yardımlara baxmayaraq, səhər saatlarına yaxın onda bioloji ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Litva Tayvanda nümayəndəlik açır

Sonrakı məqalə

Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı məlumat yaydı