Livanda iki nazir istefa verib

09 Avqust 2020 - 17:52

Livanın Ətraf Mühit və Administrativ İnkişaf naziri Damianos Katar rəsmən istefa verib.

Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bundan əvvəl İnformasiya naziri Manalğ Abdel Samad istefa verdiyini açıqlayıb. O, Beyrut limanında baş vermiş partlayışla əlaqədar üzr istəyərək istefa verib.