Livanda təyyarənin göyərtəsində peycer aparmağa qadağa qoyuldu

Livanın Mülki Aviasiya Baş İdarəsi sərnişinlərə təyyarənin göyərtəsində peycer və ratsiya aparmağı qadağan edən yeni qərar çıxarıb.

Azpost.info xəbər verir ki, bu barədə dövlət xəbər agentliyi NNA məlumat yayıb.

Bu, ölkədə cihazların kütləvi partlayışından sonra baş verib.

Qadağa Beyrut Rafik Həriri adına Beynəlxalq Hava Limanından keçən yüklərə, qeydiyyatdan keçmiş və əl baqajına şamil edilir.

Hava limanının mühafizəsi tapılan bütün cihazları müsadirə edəcək. Yeni qayda dərhal qüvvəyə minir və növbəti xəbərdarlığa qədər tətbiq ediləcək.

Azpost.info

 

Əvvəlki məqalə

“Dinamo Zaqreb”in baş məşqçisi istefaya göndərilib

Sonrakı məqalə

Komendant, anbardar…