Gənc oğlan Lökbatan qəbristanlığında bıçaqlanıb

23 Fevral 2021 - 23:45

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Vəlibəyov Qamal Artyomoviç qəbiristanlıq ərazisinə aparılıb. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralının bədən və aşağı ətrafına ümumilikdə 7 bıçaq zərbəsi vurulub.