“Britaniyanın silah ehtiyatı təhlükəli dərəcədə azalıb”- SƏBƏB /“Daily Mail”

“Londona Ukrayna münaqişəsindən sonra silah-sursat ehtiyatlarını bərpa etmək üçün ən azı on il lazımdır. Kiyevə yardıma görə ehtiyatlar təhlükəli dərəcədə azalıb”.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

“Deputatlar Ukraynadakı münaqişənin ardından Britaniyada sursatın bərpası barədə xəbərdarlıq ediblər. Onların fikrincə, proses ən azı on il vaxt ala bilər ki, bu da ölkənin milli təhlükəsizliyini təhlükə altına atacaq. Bu səbəbdən də siyasətçilər, Britaniya Müdafiə Nazirliyini sursat ehtiyatlarını daha qısa müddətə bərpa etməyə kömək edəcək tədbir planı hazırlamağa çağırıblar”, – nəşr qeyd edir.

Britaniyanın başqa bir problemini bundan əvvəl müdafiə naziri Ben Uolles dilə gətirmişdi. Onun sözlərinə görə,  Britaniya hərbi texnikası köhnəlib və yenilənməyə ehtiyac duyur.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.