Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək

“Uber” və “Lyft” taksi aqreqatorları Çinin “Baidu” şirkəti ilə tərəfdaşlıq sazişi imzalayıblar. Razılaşmaya əsasən, üç şirkət Böyük Britaniyada sürücüsüz taksilərin test rejimində istifadəyə verilməsini planlaşdırır.

Bu barədə “CNBC” nəşri məlumat yayıb.

London “Baidu”nun pilotsuz taksilərinin fəaliyyət göstərəcəyi ilk Avropa şəhəri olacaq. “Uber” və “Lyft” “Baidu”ya məxsus sürücüsüz avtomobillərlə sınaq səfərlərinə 2026-cı ildə başlamağı nəzərdə tutur.

Qeyd edək ki, Britaniya hökuməti bu ilin iyun ayında ölkə yollarında pilotsuz nəqliyyat vasitələrinin istifadəsini sürətləndirmək məqsədilə bir sıra tədbirlər elan edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.