Böyük Britaniya Rusiya, “DXR” və “LXR”ə qarşı sanksiyalar siyahısını genişləndirib.
Azpost.info xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
“Qara siyahıya” Tümen, Bryansk, Kursk, Nijni Novqorod, Sverdlovsk vilayətlərinin qubernatorları düşüb.
Siyahıda həmçinin Rusiya ədliyyə naziri Konstantin Çuiçenko da var.
Bundan başqa, məhdudlaşdırıcı tədbirlər “DXR”in başçısı Vitali Xotsenko və “LXR” hökuməti sədrinin birinci müavini Vladislav Kuznetsovu da əhatə edib.
Azpost.info