Lotereyada 22 milyon dollar uddu-Dostu ilə yarı böldü  

ABŞ vətəndaşı Tom Kuk lotereyada udduğu 22 milyon dolların yarısını dostuna verib.

Azpost.info bildirir ki, Viskonsin ştatının sakinləri olan iki dost -Kuk və Co Finn bir-birilərinə söz veriblər ki, onlardan biri nə vaxtsa loterayada pul udsa dostu ilə böləcək. Bunun üçün əl sıxıb söz veriblər.

28 ildən sonra Kuk Powerball loterayasında 22 milyon dollar udub. O, dərhal köhnə dostuna zəng vurub vədinə əməl etməyə hazır olduğunu deyib. Dostu əvvəlcə qulaqlarına inanmayıb.

Qaliblər pulu nəğd alıblar. Odur ki, vergilər hesablandıqdan sonra dostlardan hər biri 5,7 milyon dollar alıb. Dostlar hələlik pulu hara sərf edəcəklərini qərar verməyiblər. Amma deyiblər ki, ən yaxşısı təqaüdə çıxmaqdır.

Poverball lotereyasında cekpot qazanmaq 292 milyondan birinin şansı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİM buraxılış (qəbul) imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib

Sonrakı məqalə

Vətəndaşlara göndərilən koronavirus testinin nəticələrində yanlışlıq olub –