Bir neçə gün öncə Türkiyədə qətlə yetirilən qanuni oğru Lotu Qulinin kriminal imperiyasının başına onun kiçik qardaşı Namiq Səlifov (Namik Bakinskiy) keçib.
“Qafqazinfo” “Novaya Qazeta”ya istinadən xəbər verir ki, Namiq Səlifov qardaşının işlərini artıq qəbul edib. Rusiyanın tərəvəz bazarlarındakı ticarətçilər bundan sonra ona xərac ödəyəcəklər.
Qeyd edək ki, Namiq Səlifov qardaşı ilə birlikdə 1996-cı ilin oktyabrında Azərbaycan Ali Məhkəməsi tərəfindən mühakimə edilib. Məhkəmə tərəfindən Nadirə 15 (daha sonra müddət 2021-ci ilə qədər uzadılıb), Namiqə isə 27 il həbs cəzası verilib, buna baxmayaraq hər iki qardaş naməlum səbəblərdən vaxtından əvvəl sərbəst buraxılıb. Namiq Səlifov “qanuni oğru” adını 2013-cü ildə İstanbulda alıb.