Lukaşenko Belarusun ŞƏT-ə üz olmaq istədiyini- AÇIQLADI

Belarus 2023-cü ildə Dehlidə keçiriləcək sammitdən əvvəl Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ola bilər.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, bu, digər ölkələr üçün yaxşı təcrübə olacaq: “Dehli sammitindən əvvəl üzvlük yolunu tamamlamaq kimi iddialı məqsəd qoymuşuq. Başqaları üçün yaxşı təcrübə olacaq”.

2022-ci il sentyabrın 16-da ŞƏT-in sammitində üzv ölkələrin liderləri Səmərqənd Bəyannaməsini imzalayıblar. Dövlətlər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətlərini açıqlayıblar, həmçinin “Sülh missiyası” adlı birgə antiterror təlimlərinin keçirilməsinin zəruriliyini vurğulayıblar.

Sənədin əsas müddəaları arasında ŞƏT-in digər dövlətlərə və beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, ayrı-ayrı ölkələr tərəfindən qlobal raketdən müdafiə sistemlərinin birtərəfli qaydada qurulmasının pislənməsi kimi məsələlər var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.