Lukaşenko daha prezidentliyə namizəd olmayacaq –"Oğlumu siyasətdə görmürəm"

Belarus prezidenti Lukaşenko növbəti prezidentlik müddətinə namizəd olmayacaq.

AzPost bildirir ki, o bu barədə “Time” nəşrinin jurnalisti Saymon Şusterə müsahibəsində deyib.

“Mən istəyirəm ki, ağlı başında olan, normal bir insan məni yerimi tutsun” –deyən Lukaşenko növbəti prezidentlik müddətinə (5 ildən sonra) namizədliyini irəli sürməyi planlaşdırmadığını deyib.

O, əlavə edib ki, vəzifəsidən getmək istəyib, amma hakimiyyətdə qalmaq məcburiyyətində qalıb. “Çünki  məsələ belə qoyulurdu ki, mən satqınam və qaçmaq istəyirəm”.

O, oğlu Nikolayı böyük siyasətdə görmədiyini və onun varis kimi adının çəkilməməsini xahiş edib.

Lukaşenko Putinlə Tramp arasında danışıqların Minskdə təşkil olunmasını təklif edib.

Lukaşenko bildirib ki, Belarus Respublikası ərazisində ən son “Oreşnik” raket komplekslərinin yerləşdirilməsi üçün mövqe sahələri artıq müəyyən edilib. Sistemlərin qəbulu üçün hazırlıqlar gedir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.