Lukaşenko İrana səfərə gedir

Belarus prezidenti Aleksandr Lukaşenko martın 12-13-də İranda rəsmi səfərdə olacaq.

Azpost.info xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Tehranda o, İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.

“Tehranda keçiriləcək danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin bütün spektri üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, ticari-iqtisadi əməkdaşlıq olacaq. Prezidentlərin görüşü nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək”- məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.