Lukaşenko Merkellə danışmaqdan imtina edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Angela Merkellə danışmaqdan imtina edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə A. Merkel Avropa İttifaqının (Aİ) Belarusdakı vəziyyətlə bağlı təcili videokonfransından sonra bildirib.

Almaniya kanslerinin sözlərinə görə, Aİ Belarusun vətəndaş cəmiyyətini dəstəkləyəcək, lakin əvvəlcə Belarus müxalifəti özünün nə istədiyi barədə qərar verməlidir.

O, telefon danışığı zamanı Rusiyanın hərbi müdaxiləsinin çox mürəkkəb proseslərə səbəb olacağı barədə Vladimir Putinə xəbərdarlıq etdiyini də qeyd edib.

“Lukaşenko mənimlə danışmaqdan imtina etdiyi üçün bu anda özümü vasitəçi rolunda görmürəm. Öz tərəfimizdən bu ölkədə milli dialoqa təkan vermək üçün hər şeyi edəcəyik”, – deyə A. Merkel vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda ad gününə toplaşan kriminal aləmə yaxın şəxslər həbs edilib –

Sonrakı məqalə

İraqdan Azərbaycana gətirilən uşaqlar təhsilə cəlb olunub