Lukaşenko Belarusda qiymət artımına qadağa qoydu: "Gecəylə heç kim qiyməti qaldırmasın!"

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə qiymət artımına qadağa qoyulması barədə göstəriş verib.

Azpost.info xəbər verir ki, Lukaşenko bunu bu gün iqtisadi blokla keçirdiyi görüşdən sonra bəyan edib.

“Oktyabrın 6-dan hər hansı qiymət artımı qadağandır. Qa-da-ğan-dır! Sabahdan yox, bu gündən. Qiymətlər bir gecədə qalxmasın!”, – Lukaşenko xəbərdarlıq edib.

İclasda inflyasiya və qiymət artımı ilə bağlı məsələlər qaldırılıb. Belarus Prezidenti bazarın bütün seqmentlərində ədalətli qiymətlərin müəyyənləşdirilməsi sahəsində kifayət qədər nəzarət və fəaliyyətin olmamasına görə məsul şəxsləri sərt tənqid edib.

O qeyd edib ki, qiymət artımı yalnız müəyyən mallar üzrə və antiinhisar tənzimləmə və ticarət nazirinin və ya vilayət icraiyyə komitəsi və Minsk şəhər icraiyyə komitəsinin sədrlərinin icazəsi ilə mümkündür: “Onların icazəsi olmadan heç bir qiymət bugünkü səviyyədən qalxa bilməz”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.