Belarus prezidenti Lukaşenko ABŞ prezidenti Trampın nümayəndəsi Con Koull ilə görüşüb.
AzPost bildirir ki, bu barədə görüntülər dövlət televiziyası ilə yayımlanıb.
Görüş 5 saat davam edib.
Lukaşenko Koulla görüşdə məhbusların azad olunmasını müzakirə etməyə hazır olduğunu bildirib.
O, Trampa belaruslu siyasi məhbusları özü üçün götürməyi təklif edib: “Əgər Donald israr edirsə ki, bütün bu azad ediləcək insanları qəbul etməyə hazırdır, onda gəlin, cənab Trampın xoşladığı kimi qlobal bir razılaşma əldə etməyə çalışaq”-deyə Lukaşenko vurğulayıb.
Lukaşenko Trampın nümayəndəsi və Keyt Kelloqun müavini Con Koul ilə bu il ikinci dəfə görüşüb.
2025-ci ilin iyununda ABŞ prezidentinin nümayəndələri ilə əvvəlki görüşündən sonra Belarus etirazlarının liderlərindən biri Sergey Tixanovski və bir neçə digər siyasi məhbus azadlığa buraxılıb.
Hazırda Belarus həbsxanalarında 1200-ə yaxın siyasi məhbus var.