Lukaşenko Trampın nümayəndəsi ilə görüşdü –"Sövdələşək, bu məhbusları götürün aparın"

Belarus prezidenti Lukaşenko ABŞ prezidenti Trampın nümayəndəsi Con Koull ilə görüşüb.

AzPost bildirir ki, bu barədə görüntülər dövlət televiziyası ilə yayımlanıb.

Görüş 5 saat davam edib.

Lukaşenko Koulla görüşdə məhbusların azad olunmasını müzakirə etməyə hazır olduğunu bildirib.

Lukaşenko bildirib: “Trampı son vaxtlar dinləyəndə başa düşdüm ki, yəqin sizin vasitənizlə onu bu məsələlər – o dediyi kimi, girovlar, ya necə… siyasi məhbuslar və sair – çox narahat edir. Mən etiraz etmirəm. Biz heç bir halda bu insanların islah əmək koloniyalarında qalmasının tərəfdarı deyilik.”

O, Trampa belaruslu siyasi məhbusları  özü üçün götürməyi təklif edib: “Əgər Donald israr edirsə ki, bütün bu azad ediləcək insanları qəbul etməyə hazırdır, onda gəlin, cənab Trampın xoşladığı kimi qlobal bir razılaşma əldə etməyə çalışaq”-deyə Lukaşenko vurğulayıb.

Lukaşenko Trampın nümayəndəsi və Keyt Kelloqun müavini Con Koul ilə bu il ikinci dəfə görüşüb.

2025-ci ilin iyununda ABŞ prezidentinin nümayəndələri ilə əvvəlki görüşündən sonra Belarus etirazlarının liderlərindən biri Sergey Tixanovski və bir neçə digər siyasi məhbus azadlığa buraxılıb.
Hazırda Belarus həbsxanalarında 1200-ə yaxın siyasi məhbus var.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.