Lüksemburqda ağır qəza –

Maşın Kür çayına aşdı, 6 yaşlı uşaq boğuldu
01 May 2020 - 23:03

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Lüksemburq kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21 07” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb. Qəza zamanı 6 yaşlı uşaq boğularaq ölüb, 3 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.