Milli Məclisin iki şöbəsi ləğv edilib –Ümumi şöbəyə yeni müdir təyin olunub

Milli Məclis Aparatının iki şöbəsi ləğv edilib.

Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv edilərək Ümumi şöbəyə birləşdirilib.

Qeyd edək ki, Komitə və komissiyalar ilə iş şöbəsinin müdiri Şahin Mansurov, Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə olub.

Xatırladaq ki, Ümumi şöbənin müdiri Təlatüm Quliyev vəzifəsindən azad edilib, bu vəzifəyə Ümumi şöbənin müdir müavini olmuş Gülnarə İsmayılova təyin edilib. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir