Lüksemburqda koronavirus qurbanlarının sayı 616-ya çatıb

Lüksemburqda COVID-19 pandemiyasının qurbanlarının sayı 616-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Lüksemburq Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, ölkədə qüvvədə olan sanitar vəziyyət martın 14-dək davam edəcək. Son sutkada koronavirusdan 4 ölüm faktı qeydə alınıb. Gün ərzində aparılan 12 min testdən 267-si pozitiv olub. Yoluxma sayının tədricən artdığı qeyd edilir. Pandemiya başlayandan ölkədə 53 min 329 yoluxma qeydə alınıb. Xəstəxanalarda 73 koronavirus xəstəsindən 17-si ağır vəziyyətdə reanimasiya şöbəsində intensiv müalicə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda 5,6 bal gücündə zəlzələ olub-

Sonrakı məqalə

ABŞ-da silahlı insident nəticəsində 7 nəfər yaralanıb