“Luna-25” stansiyası ilə əlaqə kəsilib –Ayın səthi ilə toqquşduğu ehtimal edilir

“Luna-25” avtomatik planetlərarası stansiya ilə əlaqə kəsilib.

Bu barədə “Roskosmos” məlumat yayıb.

İlkin ehtimala görə, “Luna-25” nəzərdə tutulmamış kənar orbitə keçib və Ayın səthi ilə toqquşub.

Qeyd edək ki, avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb.

Əvvəlki məqalə

Türkiyə Suriyaya turist səfərlərinin bərpasını planlaşdırır –

Sonrakı məqalə

Prezident İlham Əliyev Macarıstana səfərə gəlib