Türkiyə Suriyaya turist səfərlərinin bərpasını planlaşdırır –Vaxt açıqlandı

Türkiyə 2024-cü ilin aprelindən Suriyaya turist səfərlərinin təşkilinin bərpasını planlaşdırılır. Səfərin qiyməti təxminən iki min dollar olacaq.

Azpost.info bildirir ki, bu barədə “Hurriyet” qəzeti məlumat verib.

“Fest Travel” turizm şirkətinin nümayəndəsi qəzetə müsahibəsində bildirib ki, uzun illərdir Suriyaya turlar təşkil ediblər, müharibənin başlaması ilə onlar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar.

“İndi biz yenidən başlayırıq. Suriyada yerli agentliklərlə işləyirik. Başqa ölkələrdən də turlar başlayıb. Ona görə də biz də başlamışıq”, – nəşr turizm agentliyinin nümayəndəsinin sözlərindən sitat gətirir.

“Yaxın vaxtlarda Türkiyədən Suriyaya ilk turist turları başlayacaq. “Fest Travel” turizm şirkəti 20-27 aprel 2024-cü il tarixləri üçün “Mədəniyyətlərin qovuşması: Suriya” adlı yeddi günlük turun sifarişinə başlayıb. Aprelin 20-də İstanbuldan Beyruta, oradan da Dəməşqə gedəcək turun qiyməti 1950 dollardır. Tura Dəməşq, Hələb, Həma, Homs və Palmiraya səfərlər daxildir”, – qəzet yazır.

Qəzet bildirir ki, şirkətin hazırladığı səyahət planına bir çox turizm bölgələri daxil olsa da, marşrutun dəyişdirilməsinin mümkünlüyü ilə bağlı xəbərdarlıq da var.

“Suriyadakı son vəziyyəti yaxından izləyirik və lazım gələrsə səyahət marşrutlarımızı dəyişəcəyik. Bununla belə, təhlükəsizlik baxımından narahat olduğumuz bölgələrə getməyəcəyik. Bu halda alternativ marşrutlara üstünlük verəcəyik və lazımi tədbirləri görəcəyik. Bundan əlavə, səfərdən əvvəl təhlükəsizliklə bağlı aktual məlumatlar üçün aidiyyatı qurumlarla əlaqə saxlayacağıq”, – deyə qəzet xəbərdarlığın mətnindən sitat gətirir.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri mürəkkəbdir. Lakin son vaxtlar hər iki tərəf, eləcə də iki ölkə arasında münasibətləri işıqlandıran media tədricən normallaşmanın mümkünlüyündən danışmağa başlayıb. Ötən ilin dekabrında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib.

Azpost.info

Əvvəlki məqalə

Milli musiqimizdə “qızıl mərhələ”nin simvolu –

Sonrakı məqalə

“Luna-25” stansiyası ilə əlaqə kəsilib –